Çində müəmmalı pnevmoniya tüğyan edir

Çində müəmmalı pnevmoniya tüğyan edir

Xəbər verdiyimiz kimi, Çinin şimalında uşaqlar arasında sətəlcəm epidemiyası qeydə alınıb. Xəstələrdə öskürək və ya bu xəstəliyin xarakterik əlamətləri yoxdur.

 

Sfera.az xəbər verir ki, rəsmi Pekin Çində baş verən müəmmalı sətəlcəm epidemiyasını hələ də şərh etməyib.

 

Ekspertlərin fikrincə, Çində sətəlcəm ilə bağlı yaranmış vəziyyət diqqətli monitorinq tələb etsə də, yeni qlobal xəstəliyin artması barədə danışmaq hələ tezdir. Bu həftənin əvvəlindən Qərb mediası Çinin şimalında, o cümlədən Pekində uşaqlarda naməlum pnevmoniya dalğası barədə həyəcan təbili çalmağa başlayıb.

 

Yerli səhiyyə orqanları xəstələrin vəziyyətini çətin hesab edir və xəstə axınının öhdəsindən gələ bilməyəcəklərini deyirlər. Belə ki, gündə təkcə bir xəstəxanada təxminən yeddi mindən çox uşaq pnevmoniyadan müalicə alır.

 

Vəziyyət haqqında ProMED onlayn tibb portalına məlumat verilib.

 

Qeyd edək ki, bu portal 2019-cu ilin sonunda Wuhanda yayılan və sonradan COVID-19 pandemiyasına səbəb olan xəstəliklə bağlı sualı qaldıran portaldır. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən yeni xəstəliyə yoluxma halları haqqında daha çox məlumat verməsini tələb edir.

 

“Rəsmi Pekin vəziyyəti şərh etmir və bu qış qripə bənzər xəstəliklərin yayılmasını karantinin ləğvi ilə izah etməyə çalışır”- deyə Qərb mediasında qeyd olunur.

 

Bununla əlaqədar ÜST ötən gün Çini uşaqlar arasında tüğyan edən pnevmoniya ilə bağlı laboratoriya nəticələri, klinik və epidemioloji məlumatları təqdim etməyə çağıran bəyanat yayıb. ÜST-nin açıqlamasından sonra Çinin dövlət xəbər agentliyi Sinxua xəstəliklə bağlı məqalə dərc edib. Məqalədə Milli Səhiyyə Komissiyasının nümayəndələri respirator xəstəlikləri olan uşaqların diaqnostikası və müalicəsinə böyük diqqət yetirdiklərini bildiriblər.

 

Son vəziyyət ÜST-ün bildirdiyinə görə, həqiqətən də uşaqlarda tənəffüs xəstəlikləri və pnevmoniyanım həyəcan verici artımı müşahidə edilie. Eyni zamanda, təşkilat bildirir ki, sətəlcəmin karantinin ləğv edilməsindən sonra ölkədə yayılan tənəffüs yoluxucu xəstəliklərin artması ilə əlaqəli olub-olmadığı da məlum deyil. Ekspertlər Çində xəstəliyin yeni qlobal epidemiyanın başlanğıcı siqnalı olduğuna inanmasalar da, vəziyyətin monitorinq tələb etdiyini bildirirlər.

 

ÜST həmçinin onu da bildirir ki, pandemiya məhdudiyyətləri başa çatdıqdan sonra digər ölkələrdə də tənəffüs sinsitial virusu və ya RSV kimi ümumi soyuqdəymələrdə artım müşahidə olunub. Lakin Çindən fərqli olaraq, digər ölkələrdə diaqnoz qoyulmamış pnevmoniya aşkar edilməyib. Eyni zamanda, Qərb ölkələri də, epidemiyadan sonra Pekin rəsmilərinin həkimlərə xəstələri gizlətməyi əmr etdiyini, Çin BMT-nin səhiyyə agentliyindən koronavirusla bağlı kritik detalları gizlətdiyini əsas gətirərək narahatlıqlarını ifadə edirlər.

 

Aynil


OXŞAR XƏBƏRLƏR