Xersonda yoxa çıxmış uşaq tapıldı – Putinin müttəfiqi onu övladlığa götürübmüş

Xersonda yoxa çıxmış uşaq tapıldı – Putinin müttəfiqi onu övladlığa götürübmüş

Putinin siyasi müttəfiqlərindən biri Ukraynadan qaçırılan uşağı övladlığa götürüb.

 

Sfera.az bildirir ki, bu barədə “BBC” məlumat yayıb. Sözügedən şəxsin Rusiyada siyasi partiyanın 70 yaşlı lideri Sergey Mironov olduğunu iddia olunub.

“Həmin şəxsin adı hazırda evli olduğu qadın tərəfindən 2022-ci ildə alınan iki yaşlı qızın övladlığa götürülməsi ilə bağlı qeydlərdə yer alır. Lakin Mironov sorğumuza cavab verməyib”, deyə nəşr bildirib.

 

Qeyd olunub ki, əsl adı Marqarita olan uşaq Rusiya qüvvələri Xerson şəhərini nəzarətə götürəndə Regional Uşaq Körpələr Evindən yoxa çıxan 48 uşaqdan biri olub.

 

Bildirilib ki, beş ay ərzində “BBC” ukraynalı insan haqları üzrə müstəntiq Viktoriya Novikova ilə birlikdə Marqarita və daha 47 uşağın izinə düşüb. Ukraynada jurnalistlərlə işləyən komanda saxta doğum haqqında şəhadətnamələr, gizli övladlığa götürmə istiqamətində sübutlar üzə çıxarıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR