Bu ölkədə tonqal qalamaq qadağan edildi - SƏBƏB

Bu ölkədə tonqal qalamaq qadağan edildi - SƏBƏB

Rusiyada şəhər ətrafında yerləşən açıq məkanlarda tonqal yandırılması inzibati xəta hesab ediləcək və buna görə ağır cərimə tətbiq olunacaq.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, açıq məkanda tonqal yandıranları 50 min rubla qədər (təxminən 500 dollar) cərimə gözləyir.

 

Qaydalara görə tonqal yandırılması ilə bağlı qonşuların şikayət etmək hüququ olacaq. Bununla bağlı ərazinin administrasiyasına, Fövqəladə Hallar Nazirliyinə və ya polisə müraciət etmək imkanı olacaq. Şikayətə foto və video sübutlarla əlavə edilməlidir. Bu cür subutlar olduqda müvafiq qurumlar onları ciddiyə alacaq.

 

Qaydalara əsasən ilk dəfə tonqal qalayan şəxs 5-15 min rubl (50-150 dollar), oxşar əməl ikinci dəfə təkrarlanarsa 10-20 min rubl (100-220) arasında cərimə edilə bilər. Tonqal daha böyük yanğına səbəb olduqda və əmlaka ziyan dəydikdə isə cərimə 550 dollara qədər artırılacaq.

 

Rusiyada belə bir qərarın qəbul edilməsinə səbəb açıq məkanda yanğınların sayının artmasıdır. Xüsusən də meşə yanğınlarının sayının artması Rusiya hökumətinin bu cür qərarlar qəbul etməsinə səbəb olub.

 

Vasif


OXŞAR XƏBƏRLƏR