KTMT-nin Baş katibi İrəvana gedir: “Razılaşdıq ki...”

KTMT-nin Baş katibi İrəvana gedir: “Razılaşdıq ki...”

KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Ermənistana səfər edəcək.

 

Sfera.az “RİA Novosti”yə istinadən bildirir ki, o, təşkilatın Minsk sammitindən sonra İrəvana gedəcək. Baş katib Belarus paytaxtında imzalanmış sənədləri Ermənistan tərəfinə təhvil verəcək.

 

Bu barədə Belarusun xarici işlər naziri Sergey Aleynik məlumat verib. 

 

“Erməni həmkarımla telefon danışığım oldu. Biz digər məsələlərlə yanaşı, qərar qəbuletmə mexanizmlərini də müzakirə etdik. Razılaşdıq ki, sammitdən sonra KTMT baş katibi İrəvana səfər edəcək”, - deyə Aleynik KTMT-nin Minskdə keçirilən sammiti çərçivəsində jurnalistlərə söyləyib.

 

O, əlavə edib ki, Minskdə alınan bütün qərarlar onların erməni həmkarlarına təqdim ediləcək. Biz onların qərarlarımıza qoşulacağına inanırıq”, deyə Belarus XİN rəhbəri bildirib.

 

Xatırladaq ki, KTMT-nin Minsk sammiti bu gün keçirilir. Ermənistan baş naziri Nikol Paşinyan toplantıya qatılmaqdan imtina edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR