“Qəzzada vəziyyət kritik həddi keçib” - Putin

“Qəzzada vəziyyət kritik həddi keçib” - Putin

Rusiya prezidenti Vladimir Putin Qəzza zolağındakı son durumla bağlı narahatlığını ifadə edib.

 

Sfera.az xəbər verir ki, o, bölgədəki insanların təxliyyəsini çox mühüm və humanitar vəzifə  adlandırıb:

 

“Müharibə qurbanı olan insanlara kömək etməliyik. Orada nələr olduğunu görürük. Ona görə də xüsusilə vətəndaşlarımıza kömək etmək bizim müqəddəs borcumuzdur”

 

Putin eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri ilə ortaq müdafiə sisteminin yaradılmasının vacibliyini vurğulayıb.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR