ABŞ Zelenskini devirəcək? – “Korrupsiyanın qarşısını ala bilməsə...”

ABŞ Zelenskini devirəcək? – “Korrupsiyanın qarşısını ala bilməsə...”

“Zelenski hakimiyyətdən uzaqlaşdırıla bilər”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Ukrayna lideri dəfələrlə iqtidarda müəyyən fikir ayrılıqlarının, generalların siyasətə qarışmaq istəklərinin olduğunu dilə gətirib:

 

“Zelenski hakimiyyətinin monolitliyini qorumaqda çətinlik çəkir və hərbçilər tərəfindən devrilməsindən ehtiyatlanır. Digər tərəfdən, onun komandasında ciddi korrupsiya halları mövcuddur. Bu da Qərbin verdiyi maliyyə dəstəyinin korrupsiyaya məruz qalmasına gətirib çıxarır. Ümumiyyətlə, Kiyevdə güclü hakimiyyət sistemi olmayıb, ABŞ prosesi idarə edir. Ukrayna dövlət məmurlarından olsaydı, ölkəni çoxdan Putinə təslim edərdilər”.

 

Müsahibimiz Ukraynanın iki probleminin olduğunu bildirib:

 

“Birincisi, korrupsiya və monolit komandanın olmaması, ikincisi isə Rusiya işğalıdır. Zelenski korrupsiyanın qarşısını almaqda çətinlik çəkəcəksə, Qərbin verdiyi pullar cəbhə üçün deyil, dövlət məmurlarının cibinə gedəcək və nəticədə o, Vaşinqtonla vidalaşmalı olacaq. Ukrayna prezidentinin məlum çıxışından sonra Almaniya və ABŞ müdafiə nazirləri də Kiyevdə oldular, növbəti dəfə Zelenskiyə şans verdilər. Fikrimcə, Ukrayna prezidenti komandasında və cəbhədə dönüş yaratmasa, Vaşinqton tərəfindən hakimiyyətdən uzaqlaşdırılacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR