Qətərdən İsrail və HƏMAS arasındakı atəşkəslə bağlı AÇIQLAMA

Qətərdən İsrail və HƏMAS arasındakı atəşkəslə bağlı AÇIQLAMA

Qətər Xarici İşlər Nazirliyi  İsrail və Həmas arasında humanitar atəşkəslə bağlı açıqlama yayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, humanitar atəşkəsin müddəti uzaldıla bilər.

 

Razılaşmaya əsasən, yanacaq da daxil olmaqla humanitar yardım maşınlarının Qəzzaya daxil olmasına icazə veriləcək.

 

Razılaşmada gərginliyin azaldılması, qan tökülməsinin dayandırılması və mülki vətəndaşların müdafiəsi üçün diplomatik səylərin davam etdiriləcəyi  vurğulanıb.

 

Ülkər Abduahmanlı


OXŞAR XƏBƏRLƏR