“Biz İsrailin bu addımını dəstəkləmirik” – Con Kirbi

“Biz İsrailin bu addımını dəstəkləmirik” – Con Kirbi

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İsrailin hücumlarını Qəzzanın cənubuna köçürməyi düşündüyünü açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.

 

Onun sözlərinə görə, İsrail ordusunun bu cür əməliyyatları dəstəklənmir.

 

“İlk işimiz məhbusları azad etməkdir. Məhbus mübadiləsi ilə bağlı razılığa gəlməyə çalışırıq. Bu proses saatlarla hətta günlərlə davam edə bilər”.

 

Con Kirbi İordan çayının qərb sahilində məskunlaşan fələstinlilərə qarşı "zorakılıq aktları"nın artmasının qətiyyən qəbuledilməz olduğunu vurğulayıb.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR