Putin Kadırovun son təklifini qəbul edəcək? – Peskov AÇIQLADI

Putin Kadırovun son təklifini qəbul edəcək? – Peskov AÇIQLADI

Rusiya Prezidenti Vladimir Putin Çeçenistana səfər edə bilər.

 

Sfera.az bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O, Çeçenistan rəhbəri Ramzan Kadırovun dəvətindən söz açıb.

 

“Ramzan Kadırov Putini Çeçenistana dəvət etdiyi üçün əlbəttə, səfər baş tuta bilər. Ölkə başçısı regionlara gedir. Çeçenistana da səfər olacaq”, deyə o söyləyib.

 

Peskov həmçinin gülümsəyərək gündəmin hazırda çox gərgin olduğunu vurğulayıb.

 

Xatırladaq ki, ötən gün Çeçenistan rəhbəri Ramzan Kadırov Vladimir Putini bölgəyə səfərə dəvət etmişdi. O, dəvəti çeçen xalqının ağsaqqalları adından etdiyini bildirmişdi.

 

Günay


OXŞAR XƏBƏRLƏR