İsrail və HƏMAS razılaşdı: Qəzzada 4 günlük atəşkəs və girov mübadiləsi

İsrail və HƏMAS razılaşdı: Qəzzada 4 günlük atəşkəs və girov mübadiləsi
Kateqoriya məlum deyil
T

İsrail və HƏMAS arasında gözlənilən girov mübadiləsi və atəşkəs təsdiqlənib. 

 

Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi açıqlama verib.

 

Açıqlamaya görə, HƏMAS 4 gün ərzində aralarında qadın və uşaqların da olduğu 50 girovu azad edəcək. Bu dörd günlük müddət ərzində toqquşmalar dayandırılacaq. HƏMAS-ın bəyanatına görə, İsrail 150 fələstinli qadın və uşağı azad edəcək. Atəşkəs razılaşması humanitar, tibbi yardım ləvazimatları və yanacaq yüklənmiş yüzlərlə yük maşınının Qəzzaya daxil olmasına imkan verəcək. 

 

HƏMAS 4 günün sonunda əlavə 10 israilli girovu buraxarsa, 1 gün daha atəşkəs elan olunacaq. Atəşkəs razılaşmadan 24 saat sonra başlayacaq.

 

Həmçinin, atəşkəs dövründə Qəzza zolağının cənubunda bütün gün, şimalda isə sutkada 6 saat saat 10.00-16.00 arasında hava hərəkətinin dayandırılacağı bildirilib. 

 

İsrailin məlumatına görə, Qəzza zolağında HƏMAS-ın silahlı qanadı olan Qəssam Briqadaları tərəfindən saxlanılan 239 israilli məhbus var.

 


Firuzə Əliyeva

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR