“Bütün girovlar azad edilənə qədər...” - Bayden
Kateqoriya məlum deyil
T
ABŞ prezidenti Co Bayden İsraillə HƏMAS arasındakı müvəqqəti atəşkəsi şərh edib.
Sfera.az xəbər verir ki, Bayden bütün girovlar azad edilənə qədər lazımi addımları atmağa davam edəcəyinə söz verib.
İsrail-Həmas razılaşmasını alqışladığını bildirən Bayden qeyd edib ki, razılaşma çərçivəsində 50 israilli məhbus qarşılığında 150 fələstinli məhbus azad ediləcək.
“Bu sazişin bütün aspektlərinin tam şəkildə həyata keçirilməsi vacibdir”, - deyə Bayden bildirib.
Ülkər Abdurahmanlı






