Dünyada ən çox istifadə edilən PAROLLAR

Dünyada ən çox istifadə edilən PAROLLAR
Kateqoriya məlum deyil
T

"NordPass" dünyanın ən populyar parollarının reytinqini dərc edib.

 

Sfera.az xəbər verir ki, sındırılması bir saniyədən çox çəkməyən parolların siyahısında birinci yeri 4,5 milyon istifadə ilə “123456” şifrəsi tutur.

 

İkinci yerdə 4 milyon insanın istifadə etdiyi "admin" paroludur.

 

İlk üçlüyü 1,3 milyon istifadəçi ilə “12345678” qapayıb.

 

Siyahıya daxil edilən digər çox yayılmış şifrələrə “1234567890”, “Aa123456” və “qwerty” də daxildir.

 

Məlumata görə, 2022-ci ildə lider olan "password" parolu 7-ci yeri tutub. Mütəxəssislərin fikrincə, bu şifrələr hər hansı biri avtomatlaşdırılmış proqramlardan istifadə etməklə cəmi bir neçə saniyə ərzində sındırıla bilər.

 

Belə ki, mütəxəssislər 2023-cü ildə ən çox yayılmış parolların siyahısının faktiki olaraq dəyişməz qalacağını proqnozlaşdırırlar. (Musavat.com)

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR