Paşinyanın sammitə gəlib-gəlməyəcəyini bilmirik - Peskov

Paşinyanın sammitə gəlib-gəlməyəcəyini bilmirik - Peskov
Kateqoriya məlum deyil
T

Ermənistanın Baş naziri Nikol Paşinyanın ilin sonunda Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Müstəqil Dövlət Birliyi (MDB) iclaslarına gəlib-gəlməyəcəyini hələ bilmirik, lakin hamı oraya dəvətlidir.

 

Sfera.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov deyib.

 

“Hələlik bilmirik, hamı dəvətlidir. Ermənistan tərəfi hamının dəvət olunduğunu çox yaxşı bilir”, – Peskov jurnalistlərə müvafiq sualına cavabında deyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR