Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu

Bu gün Filippində güclü zəlzələ olub. Yeraltı təkanların maqnitudasının 7,2 bal gücündə olduğu bildirilir.
 

Sfera.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri Mindanao adasında olub. Filippinin ərazisinə görə ikinci böyük adası olan Mindanaoda ümumilikdə 26 milyona yaxın insan yaşayır.
 

Tələfat və dağıntılar barədə konkret məlumat olmasa da, sunami təhlükəsi də elan edilməyib. Zəlzələnin gücü barədə isə müxtəlif məlumatlar var. Almaniyanın Yer Elmləri Tədqiqat Mərkəzi maqnitudanı 6,9, Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi isə 7,2 bal gücünə çatdığını bildirir. Episentr 78 kilometr dərinlikdə olub.

Bununla belə, Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun (PHIVOLCS) direktoru Teresito Bakolkol bildirib ki, son zəlzələ nəticəsində külli miqdarda maddi ziyan dəyib. Təkanların davam edəcəyi gözlənilir. Filippin Seysmoloji Agentliyi ölkənin seysmik aktivliyə meyilli olan vulkanlar qurşağında (Od Halqası) yerləşdiyini nəzərə alaraq, sakinlərə növbəti təkanlara və dağıntılara hazır olmağı tövsiyə edib.


Od halqası adlanan ərazidə çoxlu vulkanlar var. Bu vulkanlar planetdəki bütün vulkanların 75%-ni təşkil edir. Burada tektonik plitələr subduksiya zonaları adlanan konvergent sərhədlərlə üst-üstə düşür.
 

Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına görə isə, 1600-cü illərdən 2000-ci illərin əvvəllərinə qədər ölkədə hər il təxminən 100-150 zəlzələ (maqnitudası 4.0 və yuxarı) olub.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...