Logo

PKK yenə qan tökdü

PKK yenə qan tökdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin iki vilayətində terror aktları törədilib, 5 nəfər şəhid olub, 3 nəfər yaralanıb.

Sfera.az-ın məlumatına görə, Van vilayətinin Başkale qəsəbəsində PKK terrorçuları mülki mikroavtobusa hücum ediblər. Silahlı hücum nəticəsində 4 nəfər şəhid olub, 2 sərnişin isə  xəsarət alıb. Valiliyin yaydığı məlumata görə, yaralılar xəstəxanada müalicə olunurlar. Terrorçuların zərərsizləşdirilməsi üçün tədbirlər görülür.

Yüksəkova vilayətinin Hisar dağı bölgəsində isə PKK terrorçularının top atəşi nəticəsində 1 əsgər yaralanıb. Yaralı əsgər xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Bölgədə terrorçulara qarşı genişmiqyaslı əməliyyat başlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR