Qəzzadakı səhra xəstəxanasının altında tunel var? - İsrailin iddialarına cavab

Qəzzadakı səhra xəstəxanasının altında tunel var? - İsrailin iddialarına cavab

İordaniya İsrailin Qəzza zolağında yerləşən səhra xəstəxanasının altında tunelin olması ilə bağlı iddiasına cavab verib.

 

Sfera.az xəbər verir ki, İordaniyanın Xarici İşlər nazir Ayman əs-Safedi Qəzza səhra xəstəxanasının altında tunelin olması iddiasını qətiyyətlə təkzib edib.

 

“Öz vəzifələrini yerinə yetirdiyini bəyan edən İsrail ordusunun səhra xəstəxanasına müdaxilə etməmək öhdəliyi var. Səhra xəstəxanası ətrafında baş verən partlayış İsrailin hərbi cinayətlərinin davamıdır”, deyə o, fikirlərini tamamlayıb.

 

Xatırladaq ki, Qəzzada yerləşən İordaniya səhra xəstəxanası 2009-cu ildə fəaliyyətə başlayıb.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR