Qazaxıstan əhalisinin sayı ilk dəfə 20 milyonu ötdü - Türklərin sayı ARTIB

Qazaxıstan əhalisinin sayı ilk dəfə 20 milyonu ötdü - Türklərin sayı ARTIB

Qazaxıstan əhalisinin sayı ilk dəfə olaraq 20 milyon nəfəri ötüb. 


Sfera.az xəbər verir ki, bu haqda məlumatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev açıqlayıb.


Qazaxıstan əhalisi sürətlə artan türkdilli respublikalardan biridir. Ölkədə əhali daha çox türklərin, xüsusən də qazaxların və özbəklərin hesabına artır. Sürətli artım sayəsində Qazaxıstanda rusların əhali sayında payı azalır. 


1970-ci ildə Qazaxıstanda 11,6 milyon əhali olub və onların 42,8 faizi ruslar, 32,4 faizi qazaxlar, 7,2 faizi ukraynalılar, 6,5 faizi almanlar, 1,6 faizi özbəklər idi. 


2021-ci ildə əhali sayı 17,7 milyona çatıb. Əhalinin 70,4 faizi qazaxlardan, 15,5 faizi ruslardan, 3,2 faizi özbəklərdən, 2 faizi ukraynalılardan, 1,2 faizi almanlardan ibarət olub.


2023-cü ilin əvvəlinə aid olan son məlumata əsasən, Qazaxıstan əhalisinin 70,7 faizini (14,07 milyon) qazaxlar, 15,2 faizini (3 milyon) ruslar, 3,3 faizini (657 min) özbəklər, qalanını digər millətlərin nümayəndələri təşkil edir. 


Qeyd edək ki, Qazaxıstanda türklərin sayının artması böyük əhəmiyyət kəsb edir. Daha çox əhali həm ölkə ərazisində məskunlaşma vəziyyətini yaxşılaşdırır, həm də dövlətin milli təhlükəsizliyini gücləndirir. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...