Bayden çinli həmkarını “diktator” adlandırdı

Bayden çinli həmkarını “diktator” adlandırdı

Bayden çinli həmkarını “diktator” adlandırıb.

 

Sfera.az bildirir ki, o, bu barədə San-Fransiskoda keçirilən ikitərəfli danışıqlarından sonra təşkil edilən mətbuat konfransında danışıb.

 

Bayden fikirlərini bu cür ifadə edib: “Si Cinpin diktatordur. O, bizdən tamamilə fərqli bir idarəetmə forması əsasında formalaşan ölkə rəhbəridir. Bu mənada onu diktator hesab edirəm”.

 

O, həmçinin, Cinpinlə görüşündən əvvəl bildirib ki, Çinin ciddi problemləri var.

 

Si Cinpin isə Çin və ABŞ arasındakı münasibətlərin dünya birliyi üçün vacib olduğunu vurğulayıb. Ölkələrin liderləri hərbi əməkdaşlığı bərpa etmək barədə razılığa gəliblər.

 

Qeyd edək ki, Ağ Ev rəhbərinin Si Cinpini diktator adlandırması ilk dəfə deyil.

 

Günay


OXŞAR XƏBƏRLƏR