Ermənistan tam sürətlə Rusiyadan "qırılmaq" xətti götürüb - "MTC Armenia" SATILDI

Ermənistan tam sürətlə Rusiyadan

“Ermənistanda nə hökumət, nə vətəndaşlar, nə də investorlar Rusiya şirkətləri ilə işləmək istəyirlər”.

 

Bunu Sfera.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.

 

O.Gündüz bildirib ki, Ermənistanın ən böyük mobil operatorlarından olan Rusiyanın “MTC” şirkətinə məxsus "MTC Armenia" satılıb:

 

“Daha doğrusu, bu Rusiya şirkəti bütün aksiyalarını satmaq məcburiyyətində qaldı desək, yanılmarıq. Yəni, nə Ermənistan hökuməti, nə erməni abonentlər, nə də investorların Rusiya şirkətlərinə "simpatiyaları" qalıb. Ermənistan II Qarabağ Savaşından məğlub çıxandan sonra Rusiyaya məxsus bu mobil operatorun Ermənistanda perspektinin olmadığı haqqında fikirlər səslənirdi. Bir neçə dəfə satılması gündəmə gəlmişdi, "Qazprom" almaq istəyirdi, Ermənistan tənzimləyici qurumu "milli maraqlar" baxımından buna etiraz etmişdi.

 

"MTC Armenia"  Ermənistanın ən böyük vergi ödəyiciləri sırasında 10-cudur, bazar dəyəri təxminən 200+ milyon dollar dəyərləndirilir, 2.5 milyon abunəçisi var. Bir müddət öncə 5G lisenziyası almışdı. Bu mobil operator vaxtilə Qarabağa da gedib çıxmışdı, bir müddət orada xidmət göstərib”.

 

Ekspert qeyd edib ki, satılma növbəsində “GNC Alfa” şirkəti var:

 

“Xatırladıram ki, bu gün Ermənistanın tənzimləyici qurumu "MTC Armenia" mobil operatorunun bütün səhmlərinin yunan şirkəti olan Fedilco Group Limited tərəfindən alınmasını təsdiqləyib. Tənzimləyici qurum elan edib ki, artıq bu mobil operatorun Rusiyanın məşhur “MTC” şirkətinə hər hansı aidiyyatı yoxdur.

 

Beləliklə, “MTC” şirkəti son bir neçə ildə Özbəkistan, Ukrayna və Ermənistan bazarlarından çıxandan sonra yalnız Belarus və Rusiyaya sığınmaq məcburiyyətində qaldı. Güman ki, satılma növbəsi Ermənistanın bütün telekommunikasiya sektoruna sahib olan Rusiyanın "Rostelekom" operatoruna məxsus “GNC Alfa” şirkətinin olacaq”.

 


Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR