Dünyada ilk dəfə üz və göz transplantasiyası əməliyyatı keçirildi
Bir insanın sağlamlığının bərpa edilməsi bütün elm və tibb dünyası üçün inanılmaz dərəcədə vacib bir mərhələ hesab olunur.
Sfera.az bildirir ki, dünyada ilk dəfə eyni vaxtda tam göz və qismən üz transplantasiyası həyata keçirilib. Xəstəxananın (NYU Langone) veb-saytının məlumatına görə, cərrahiyyə əməliyyatı elektrik qəzası nəticəsində sol gözünü, üzünün bir hissəsini və sol qolunu itirməklə, ciddi xəsarətlər alan 46 yaşlı elektrikçi Aaron James üzərində aparılıb.
Aaronun hazırda transplantasiya edilmiş gözü görməsə də, gələcək üçün ümidverici əlamətlər var.
Əməliyyatın uğurlu olması gələcəkdə belə mürəkkəb transplantasiyaların daha tez-tez həyata keçirilməsinə imkan verəcək.
Aaron 2021-ci ilin iyun ayında həyatını dəyişdirən bu hadisə ilə qarşılaşıb. O, 7200 voltluq elektrik zərbəsindən möcüzəvi şəkildə sağ çıxsa da, ciddi fiziki xəsarətlər alıb.
Transplantasiyaya hazırlıq 2023-cü ilin fevralında başlayıb. Üç ay ərzində uyğun donor tapılıb. 140-dan çox tibb mütəxəssisinin iştirak etdiyi mürəkkəb əməliyyat təxminən 21 saat davam edib.
Transplantasiyada 3D cərrahi planlaşdırma və xüsusi lazer kəsmə texnologiyasından istifadə edilmişdir.
Aaronun hazırda transplantasiya olunmuş gözündə görə qabilliyyəti olmasa da, sağalma əlamətləri var. Həkimlər qrupu onun görmə qabiliyyətinin bərpa olunacağını bildirir. Ailəsi ilə birlikdə Arkanzasda yaşayan Aaron isə həyatını xilas edən bu əməliyyata görə donorlara və tibbi heyətə dərin minnətdarlığını bildirib.
Xanım
Sfera.az