Tramp prezident seçkilərində iştirak edə biləcək
Donald Tramp prezidentliyə namizəd ola bilər.
Sfera.az bildirir ki, məhkəmədə Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd ola biləcəyinə qərar verilib.
Vətəndaş müharibəsi dövrü konstitusiyasının bir bəndi Trampın prezident seçkilərinə qatılmasına mane ola bilərdi, lakin hakim bütün arqumentləri rədd edib.
Belə ki, İddia Məhkəməsinin hakimi Ceyms Redford Trampın 6 yanvar 2021-ci ildə Kapitola yürüşün prezidentlikdən məhrum etməyə səbəb olması barədə arqumentləri rədd edib.
"Hadisənin üsyan tərkibli olub-olmadığına və kiminsə orada iştirak edib-etməməsinə qərar vermək tək bir ədliyyə məmurunun deyil, Konqresin işidir" - deyə hakim bildirib.
Qeyd edək ki, son bir həftə ərzində ikinci dəfədir ki, hakim Donald Trampı ilkin səsvermədə kənarlaşdırmaqdan imtina edib.
Minnesota Ali Məhkəməsi də Trampın adının ştatın əsas səsvermə bülletenində qala biləcəyinə qərar verib.
ABŞ mediası isə Donald Trampın 2024-cü il seçkilərində qalib gələcəyi təqdirdə, məhkəməyə verəcəyi şəxslərin adlarını artıq müəyyən etdiyini yazıb.
Aysel
Sfera.az