Yeni internet şəbəkəsi quruldu – Bir saniyədə 150 film yükləmək olacaq

Yeni internet şəbəkəsi quruldu – Bir saniyədə 150 film yükləmək olacaq

Çinin “Huawei Technologies” və “China Mobile” şirkətləri Pekini ölkənin cənubu ilə birləşdirən 3000 kilometrlik internet şəbəkəsi qurublar. 


Sfera.az xəbər verir ki, yeni istifadəyə verilən şəbəkə internet üzərindən informasiyaları ən yüksək sürətlə ötürmə qabiliyyətinə malikdir. 


Texniki məlumatlara əsasən, şəbəkədə bir saniyədə 1,2 Terabit informasiya ötürmək olur. Bir Terabit 1024 Giqabayta (GB) bərabər olduğunu nəzərə alsaq, yeni şəbəkə vasitəsilə 1229 GB informasiya ötürmək mümkün olacaq. 


Məsələn, belə yüksək sürətlə bir saniyədən az müddətdə 150 4K (daha yüksək görüntü keyfiyyəti – red.) film göndərmək mümkündür. 


Qeyd edək ki, Avropada da yüksək sürətli şəbəkə mövcuddur. Lakin bu şəbəkə 118 km məsafədə saniyədə 1,2 Terabayt informasiya ötürmə qabiliyyətinə malikdir.

 

Çində qurulan şəbəkə isə 3000 kilometrə qədər uzanır. Hazırda əksər ölkələrin şəbəkələri saniyədə 100 Giqabayt sürətlə işləyir. ABŞ-də isə şəbəkənin sürəti saniyədə 400 Giqabayta çatdırılıb.


Vasif


OXŞAR XƏBƏRLƏR