"Bu, yəhudilərin və ərəblərin əzablarına son qoyacaq yeganə yoldur" - İsrailli nazir

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç Qəzzadakı fələstinlilərin könüllü olaraq başqa ölkələrə miqrasiyasının doğru humanitar həll yolu olduğunu bildirib.


Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, nazir “X” sosial media platformasında yazılı açıqlama yayıb. 


Nazir deyib ki, qəzzalıların könüllü köçü və onları başqa ölkələrin qəbul etməsi yəhudilərin və ərəblərin əzablarına son qoyacaq yeganə humanitar həll yoludur:

 

“Qəzzalıların başqa ölkələrə könüllü təxliyə edilməsi təşəbbüsünü alqışlayırıq. Bu, Qəzza və onun sakinləri üçün təhlükələrdən sonra düzgün humanitar həll yoludur”. 


 

Bezalel Smotriç vurğulayıb ki, Qəzza sakinlərinin əksəriyyəti 1948-ci il qaçqınlarının dördüncü və beşinci nəsilləridir. Onun fikrincə, bu insanlar Qəzzada yoxsulluq və sıxlıq içində yaşayır, onlara İsrailə qarşı nifrət bəslənilir:

 

“Qəzzada yaşayanlar İsrail dövlətini məhv edib geri qayıtmaq arzusunun simvoluna çevriliblər. Qəzza zolağı kimi təbii sərvətlərə və müstəqil yaşayış imkanlarına malik olmayan kiçik ərazidə uzun müddət iqtisadi və siyasi cəhətdən müstəqil yaşama şansı yoxdur. Buna görə də qəzzalıların başqa dövlətlər tərəfindən qəbul edilməsi daha doğru seçim olar. Həmin qaçqınlara beynəlxalq ictimaiyyət, o cümlədən İsrail dövləti də maliyyə dəstəyi və yardımı edə bilər. Zənnimcə, bu, qaçqın probleminə son qoyacaq yeganə həll yoludur. Bundan sonra İsrail ona nifrət bəsləyən, onu məhv etmək istəyi ilə yaşayan bir müstəqil rejimin Qəzzada olmasına icazə verməyəcək”. 

 


Vasif


OXŞAR XƏBƏRLƏR