Rusiya "Google"u 15 milyon cərimələdi
Kateqoriya məlum deyil
T
Rusiyada məhkəmə "Google"u rusiyalı istifadəçilərin şəxsi məlumatlarını lokallaşdırmadığı üçün 15 milyon rubl (təxminən 165 min dollar) cərimələyib.
Sfera.az xəbər verir ki, işə paytaxt Moskvada baxılıb. Məhkəmə "Google"un rusiyalı istifadəçilərin şəxsi məlumatlarını ölkə daxilində saxlamadığını əsas gətirərək, qanuna əməl etmədiyinə qərar verib və 15 milyon rubl (təxminən 165 min dollar) cərimələyib.
"Google" əvvəllər də oxşar səbəblərə görə cərimələnib. Şirkətin Rusiyadakı törəmə şirkəti də maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün ötən il iflas proseduruna başlamışdı.(Publika.az)






