Kadırovun böyük oğluna da vəzifə verildi

Kadırovun böyük oğluna da vəzifə verildi

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu Axmata vəzifə verilib.

 

Sfera.az bildirir ki, o, respublikanın mədəniyyət, idman və gənclər siyasəti nazirinin birinci müavini təyin olunub. Bu barədə vilayət parlamentinin sədri Maqomed Daudov məlumat verib.

 

O, qeyd edib ki, Axmat Kadırov əvvəllər Birinci Hərəkatın Çeçenistan regional bölməsinin şurasına rəhbərlik edib.

 

Onun sözlərinə görə, Ramzan Kadırovun böyük oğlu nazirliyin idmanın inkişafı, gənclər siyasəti və vətənpərvərlik tərbiyəsi ilə bağlı işini təkmilləşdirəcək.

 

Qeyd edək ki, Axmat Çeçenistan Respublikası hökumətində yüksək vəzifə tutan Kadırovun dördüncü övladı olub. Kadırobun böyük qızı Ayşat  2021-ci ildən regional Mədəniyyət Nazirliyinə rəhbərlik edir. 20 yaşlı Karina Kadırova 2020-ci ildə Qroznıda məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsini icra edib. 2023-cü ilin noyabrında 15 yaşlı Adam Kadırov Çeçenistan rəhbərinin təhlükəsizlik departamentinin rəhbəri olub.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bankdan Gözlənilən Addım: Faiz dərəcəsini endirdi

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, AMB-nin İdarə Heyəti uçot dər...

Sənədsiz evlərə çıxarışların verilməsində YENİLİK

"Azərbaycan Prezidenti "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət q...

Kamaləddin Qafarov: III Beynəlxalq Şuşa Forumunun Xankəndidə keçirilməsi hər birimizi qürurlandırdı

“İyulun 19-da Xankəndi şəhərində öz işinə başlamış “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi...

Əli Cam və oğlu azadlığa çıxdı

Ləğv edilmiş “Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam və oğlu, bankın baş direktoru Fuad Cam azadlığa çıxıblar.    ...

Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayıb qaçdı

Gəncədə iki qardaş bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.   Sfera.az Report-a istinadla xəbər verir ki, 1993-cü...

Neft ucuzlaşdı

Dünya bazarlarında neft ötən günlə müqayisədə ucuzlaşıb.   Sfera.az xəbər verir ki, hazırda “Brent” markalı neft 68,85 dollara, yüngül ne...