Daha bir ölkədə güclü zəlzələ oldu
Kateqoriya məlum deyil
T
Papua-Yeni Qvineya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 8 minə yaxın insanın yaşadığı Rabaul şəhərindən 113 km şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.






