Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri HƏBS EDİLDİ

Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri HƏBS EDİLDİ
Kateqoriya məlum deyil
T

Astananın ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin iki aylıq həbsinə qərar verib.

 

Sfera.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

 

“Noyabrın 11-də Astana şəhərinin ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi şübhəli Kuandıq Bişimbayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Daha geniş məlumatlar Qazaxıstan Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq açıqlana bilməz”, - məlumatda deyilir.

 

Hüquq-mühafizə orqanları sabiq milli iqtisadiyyat nazirinin nədə şübhəli bilindiyi barədə hələlik məlumat verməyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR