ABŞ və Çin liderlərinin görüşəcəyi yer və tarix bəlli oldu

ABŞ və Çin liderlərinin görüşəcəyi yer və tarix bəlli oldu

ABŞ prezidenti Co Bayden və Çin dövlət başçısı Si Cinpin arasında görüş noyabrın 15-də San-Fransiskoda (ABŞ, Kaliforniya) Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacaq.


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “Kyodo” agentliyi amerikalı rəsmiyə istinadən yayıb.


Onun sözlərinə görə, görüşə hazırlıq son mərhələdədir. Amma Pekin hələ ki, Si Cinpinin sammitdə iştirakını rəsmən təsdiqləməyib.


“Kyodo” xəbər verir ki, Bayden sammitin başlamasına bir gün qalmış, noyabrın 14-də San-Fransiskoya gələcək. Agentlik qeyd edir ki, Çin lideri ABŞ-yə gedərsə, bu, onun 2017-ci ilin aprelindən bəri ABŞ-yə ilk səfəri olacaq. Agentlik bildirir ki, Çin və ABŞ iqlim dəyişikliyi kimi qlobal problemlər haqqında mümkün əməkdaşlıq sahələrini müzakirə etməyi planlaşdırır.


Görüşdə həmçinin Amerika tərəfi eskalasiya risklərini minimuma endirmək üçün Çinlə müdafiə danışıqlarını bərpa etmək niyyətindədir.


Xatırladaq ki, APEC sammiti noyabrın 15-18-də San-Fransiskoda keçiriləcək.


Vasif

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR