Rusiya bu müqavilədən rəsmən çıxdı - Nələr olacaq?

Rusiya bu müqavilədən rəsmən çıxdı - Nələr olacaq?

Rusiya Avropada adi silahlı qüvvələr haqqında Müqavilədən çıxdığını rəsmən təsdiqləyib.

 

Sfera.az bildirir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

"Müqavilə Soyuq Müharibənin sonunda, əməkdaşlığa əsaslanan yeni qlobal və Avropa təhlükəsizlik arxitekturasının formalaşmasının mümkün göründüyü və buna cəhdlər edildiyi zaman bağlanmışdı”, - deyə açıqlamada qeyd olunub.

 

Bildirilib ki, Rusiyanın sözügedən müqavilədən rəsmən çıxması ilə bu razılaşma artıq “tarix” olub. “CFE Müqaviləsinin rəsmi şəkildə qorunması Rusiya Federasiyasının əsas təhlükəsizlik maraqları baxımından qəbuledilməz hala gəlmişdi”, - əlavə olunub.

 

Xatırladaq ki, Avropa adi silahlı qüvvələr Müqaviləsi 1990-cı ildə Fransanın paytaxtı Parisdə tərəf ölkələrin adi silahlardan istifadəsini məhdudlaşdırmaq məqsədilə imzalanmışdı. Rusiya birtərəfli qaydada 2007-ci ildə müqaviləni və 2015-ci ildə  burada aktiv iştirakını dayandırmışdı. Rusiya parlamentinin aşağı palatası olan Duma mayın 16-da müqavilənin ləğvi ilə bağlı qanun qəbul edib və mayın 29-da Putinin imzaladığı fərmanla müqaviləyə xitam verilib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR