Hamburq hava limanında əməliyyat - Terrorçu təslim oldu
18 saatdan sonra Hamburq polisi hava limanına daxil olan şəxsi polisə təslim olmağa razı sala bilib.
Sfera.az bildirir ki, hava limanındakı əməliyyat zamanı hadisəni törədən Salman E. adlı şəxs tutulub. Keçmiş həyat yoldaşının mənzilindən oğurladığı 4 yaşlı qızı Əslixan isə sərbəst buraxılaraq həkimlərə təhvil verilib.
Silahlı şəxs noyabrın 4-ü axşamdan bəri hava limanına daxil olub. Həmin andan etibarən hava limanı bağlı qalıb.
Hamburq polisinin sözlərinə görə, onların əməliyyatının prioriteti uşağın təhlükəsizliyi olub.
"Şənbə günü, noyabrın 4-də, saat 19:20 radələrində Salman E. keçmiş həyat yoldaşı Sevda E-nin mənzilinə daxil olub. O, əlaqə yaratmaq üçün internetdə yerləşdirdiyi elandan istifadə edib. Saxta elektron ünvandan istifadə edərək, xəbərsiz keçmiş həyat yoldaşı ilə görüş təşkil edib və onların qızını qaçırıb”– nəşr yerli polisə istinadən yazır.
Şübhəli daha sonra hava limanına yollanıb və hasardan keçib.
“O, dövlət nömrə nişanlarını çıxardığı avtomobili tam dolu olan “Türk Hava Yolları”na məxsus sərnişin təyyarəsinin yanında saxlayıb və uşağını Türkiyəyə aparmağı tələb edib”-polis qeydində bildirilir.
Hamburq hava limanına hücum haqqında
Hamburq hava limanı silahlı şəxsin əraziyə daxil olması səbəbindən noyabrın 4-ü axşam saatlarından bağlı qalıb. Aeroport və hücumçunun dayandığı təyyarə tamamilə boşaldılıb.
Maşında olan kişinin yanında keçmiş həyat yoldaşından oğurladığı qızı da olub. Qadın polisə və təcili yardıma Salman E.-nin uşaqla birlikdə hava limanına getməsi barədə xəbər verib. Görünür, münaqişəyə səbəb qəyyumluqla bağlı mübahisə olub.
Xatırladaq ki, bu il Hamburqun Alsterdorf rayonunda “Yehovanın Şahidləri” kilsəsində də atışma baş verib. Hadisə nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb.
Kilsədə olan 17 nəfərin hamısı xəsarət almasa da, onların hamısı böyük bir təcili yardım maşını ilə hadisə yerindən təxliyə edilməli olub.
KİV yeddinci qurbanın, cinayətkarın özü olduğu barədə yazıb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları bunu tam təsdiqləməmişdi. Eyni zamanda, hücum edənin qaçdığına dair heç bir əlamət olmayıb.
Aynil
Sfera.az