HƏMAS liderinin evi BOMBALANDI
Kateqoriya məlum deyil
T
HƏMAS lideri İsmayıl Haniyənin Qəzzadakı evinin bombalandığı açıqlanıb.
Sfera.az xəbər verir ki, HƏMAS-ın media orqanı olan “Məscidül-Əqsa” radiosu İsrailin PUA-larının (silahlı pilotsuz uçuş aparatlarının) Qəzzada HƏMAS lideri İsmayıl Haniyənin evini vurduğunu açıqlayıb.
Açıqlamada Haniyənin həmin vaxt evdə olmadığı vurğulanıb. 2019-cu ildən Türkiyə və Qətərdə yaşayan Haniyənin ailə üzvlərinin hücum zamanı evdə olub-olmaması ilə bağlı açıqlama verilməyib.
Vasif






