Lavrov Abdullahianla Qəzzanı müzakirə etdi

Lavrov Abdullahianla Qəzzanı müzakirə etdi
Kateqoriya məlum deyil
T

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefonla danışıb.

 

Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

XİN başçıları Fələstin-İsrail münaqişəsi ilə bağlı vəziyyəti müzakirə edib.

 

Onlar Qəzza zolağında davam edən qarşıdurmadan narahat olduqlarını bildiriblər.

 

Lavrov, həmçinin iranlı həmkarını Rusiyanın BMT Təhlükəsizlik Şurası vasitəsilə gərginliyin azaldılması və vəziyyəti siyasi-diplomatik kanala ötürülməsinə yönəlmiş səyləri barədə məlumatlandırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR