İtaliyada təbii fəlakətə görə fövqəladə vəziyyət elan olundu - Ölənlər var

İtaliyada təbii fəlakətə görə fövqəladə vəziyyət elan olundu - Ölənlər var

İtaliyanın Toskana bölgəsində "Ciaran" qasırğasının yaratdığı leysan yağışdan sonra daşqınlar baş verib. Daşqın nəticəsində azı beş nəfər ölüb.
 

Sfera.az bildirir ki, İtaliya hakimiyyəti bölgədə fövqəladə vəziyyət elan edib. Toskanada daşqın nəticəsində 48 min insan işıqsız qalıb.


Qonşu şəhərləri su basdıqdan sonra tarixi Florensiya şəhəri də təhlükə ilə üz-üzə idi. Amma şəhər meri Eugenio Giani bildirib ki, günortadan əvvəl suyun qalxması dayanıb və Florensiyada hələ təhlükə yoxdur.
 

Pistoia şəhəri yaxınlığında körpünün uçması nəticəsində iki nəfər ölüb. Rosignano şəhərində daha bir nəfər dünyasını dəyişib.


İtaliya mətbuatının məlumatına görə, digər iki qurban kiçik Montemurlo şəhərində yaşayan yaşlı insanlardır.
 

İtaliya hökuməti fövqəladə vəziyyət elan edib. Ən çox zərər çəkən şəhərlərə kömək üçün 5 milyon avro ayırıb.
 

İtaliyanın baş nazirinin müavini Matteo Salvini bu gün keçirdiyi mətbuat konfransında bölgədə 48 minə yaxın insanın işıqsız qaldığını bildirib.


Toskana qubernatoru Giani bölgədə heç vaxt belə qısa müddət ərzində bu qədər yağış olmadığını deyib.
 

"Toskanada gecə baş verənlərin dəqiq adı var - iqlim dəyişikliyi"- deyə o, X sosial şəbəkəsində yazıb.


Xatırladaq ki, ölümcül daşqın riski ilə üzləşən 20 ölkənin adı açıqlanıb. Tədqiqatçılar müəyyən ediblər ki, iqlim dəyişikliyi fəlakət riski zonalarını genişləndirir ki, yaxın gələcəkdə daha çox insan risk altında ola bilər.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR