Dünyanın izlədiyi seçki başladı

Dünyanın izlədiyi seçki başladı

ABŞ-da prezident seçkilərində səs vermək üçün ilk seçki məntəqələri Vermont ştatında yerli vaxtla saat 5:00-da açılıb.

Digər şərq ştatlarında ABŞ vaxtilə saat 6:00-da səsvermə məntəqələri Nyu-Hempşir, Nyu-Cersi, Nyu-York, İndiana, Kentukki, Virciniya və digər ştatlarda açılacaq.

ABŞ-da seçki günü hər iki prezidentliyə namizədin olduğu Nyu-York şəhərininin təhlükəsizliyini təxminən 5 min polis qoruyur.

Anti-terror bölmələri təhlükəsizliyin qorunmasına cəlb olunub. Eyni zamanda seçki məntəqələrində vətəndaşların kütləvi toplaşdıqları yerlərdə və hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, 120 milyondan çox amerikalının iştirak edəcəyi səsvermədə Demokratlar Partiyasının namizədi Hillari Klintonla Respublikaçılar Partiyasının namizəd Donald Tramp mübarizə paracaq. Seçki məntəqələri yerli vaxtla axşam saat 7-8-də bağlanacaq.


OXŞAR XƏBƏRLƏR