Qədimliklə müasirliyin birləşdiyi şəhər – Seuldan MARAQLI FOTOREPORTAJ
Daim inkişaf edən və texnoloji tərəqqi ilə ayaqlaşan gənc bir ölkələrdən biri də Cənubi Koreyadır. Bu ölkə Koreya yarımadasının cənub yarısını təşkil edir.
Yaponiya dənizi və Sarı dəniz ilə əhatə olunub və 38,502 kvadrat mil (99,720 kvadrat km) məsafədədir. Seul isə Cənubi Koreyanın ən böyük metropolu və paytaxtıdır.
Sfera.az bildirir ki, hər il minlərlə turisti özünə cəlb edən şəhər 9,7 milyon nəfər əhaliyə sahibdir. Ətrafdakı İnçon metropolu və Gyeonggi vilayəti ilə Seul paytaxt bölgəsinin mərkəzini təşkil edir. Qlobal şəhər olaraq qəbul edilən Seul, 2014-cü ildə dünyanın ən böyük metropoliten iqtisadiyyatı olan Tokio, Nyu York və Los Angelesdən sonra 4-cü olub.
Əməkdaşımız hazırda dünyanın da maraq obyektinə çevrilən Seuldan maraqlı fotoreportaj hazırlayıb. Həmin şəkilləri təqdim edirik:
Fotolar: Anar Bayramlı