Səudiyyənin vəliəhd şahzadəsi Salman bu əsəri 450 milyon dollara alıb - Salvator Mundinin aqibəti
Leonardo da Vinçi tərəfindən hazırlanan və "kişi Mola Liza" olaraq adlandırılan əsər “Salvator Mundi”dir. Bu əsər Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən rekord qiymətə -450 milyon dollara satın alındıqdan sonra yoxa çıxıb.
İncəsənət mütəxəssisləri ərəb sülaləsindən başqa heç kimin tablonun harada olması barədə məlumatı olmadığını və rəsmin taleyindən narahat olduqlarını bildirirlər.
Sfera.az bildirir ki, Da Vinçinin ən əhəmiyyətli əsərlərindən biri olan "Salvator Mundi" ABŞ-da keçirilən hərracda 450 milyon dollara satılaraq rekord qırıb.
Dünyanın ən mühüm sənət əsərlərindən biri hesab edilən və 500 illik macərası boyunca müxtəlif kral ailələrinin kolleksiyalarında olan Leonardo da Vinçinin “Salvator Mundi” əsərinin satıldıqdan sonra taleyi qeyri-müəyyəndir.
Əsərin hələ 2018-ci ilin sentyabr ayında Luvr Əbu-Dabi Muzeyində sərgilənəcəyi gözlənilirdi.
Lakin açılışın heç vaxt baş tutmaması mütəxəssislərin narahatlığına səbəb olub.
600 sənət əsərinin nümayiş olunduğu Luvr Əbu-Dabidəki əsərlərdən 300-ü sərgi üçün Luvr Muzeyindən icarəyə götürülüb.
Sənət mütəxəssisləri isə narahatdır: “Əsərin yerini ərəb sülaləsindən başqa heç kim bilmir”
Mütəxəssislər əsərdən narahat olduqlarını ifadə edib. Leonardo Da Vinçinin əsərləri üzərində araşdırma aparan Martin Kemp
“Əsərin harada olduğunu ərəb sülaləsindən başqa heç kim bilmir”- deyə bildirib.
Əsərin keçmiş sahibi Robert Simon Salvator Mundinin taleyindən narahat olduğunu bildirərək, “Əsərin vəziyyəti və taleyu məni narahat edir. İnanıram ki, harada olursa olsun, insanlar bunun 500 illik bir rəsm olduğunu və muzey şəraitində çox diqqətlə saxlanılmalı olduğunu bilirlər”-deyib.
"Dünyanın Xilaskarı" mənasını verən “Salvator Mundi” təsvir etdiyi Hz. İsanın ifadəsinə görə "Kişi Mona Liza" da adlandırılır.
Son zamanlar mütəxəssislər tərəfindən Leonardo da Vinçiyə aid olduğu qəbul edilən əsərdə İsa Məsih əlində büllur kürə tutaraq təsvir edilib.
“Salvator Mundi” İntibah dövrünün dahisi sayılan Da Vinçinin nadir əsərlərindən biri olduğu üçün sənət dünyası üçün çox önəmlidir.
1953-cü ildə 45 funta satıldı, çünki o, həçooriginal hesab edilməyib. 2018-ci ildə isə bu əsər hərracda satılan dünyanın ən bahalı rəsm əsəri olub.
Müxtəlif kral kolleksiyalarında qaldıqdan sonra 1763-cü ildə yoxa çıxan əsər 1953-cü ildə bir auksionda görünüb. Məhz burada original olmadığı düşünüldüyü üçün sadəcə 45 funta satılıb.
2005-ci ildə ABŞ-da peyda olan rəsm şəxsi hərracda 10 min dollara satılıb. 2007-ci ildə bərpa olunduqdan sonra Londonda sərgilənib və əsərin Da Vinçiyə məxsus olduğu təsdiqləndikdən sonra rusiyalı milyarder Dmitri Ribolovlev tərəfindən 127,5 milyon dollara alınıb.
"Kişi Mona Liza" ən son Səudiyyə Ərəbistanının vəliəhdi tərəfindən “Sotheby's” Hərrac Evində keçirilən hərracda 450 milyon dollara alınıb.
Əsər indiyə qədər hərracda satılan ən bahalı rəsm ünvanına sahibdir.
Xanım
Sfera.az