Ukraynada bir ailənin qətlinə görə iki əsgər saxlanıldı
Donetsk vilayətinin Volnovaxa şəhərində 9 nəfərlik ailəni qətlə yetirməkdə şübhəli bilinən iki rus əsgəri saxlanılıb. Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.Komitə cinayətkarların Uzaq Şərqdən gələn müqaviləli əsgərlər olduğunu qeyd edib.
Sfera.az bildirir ki, Rusiya Federasiyasının İstintaq Komitəsi işğalçıların hərəkətinin motivinin məişət münaqişəsi olduğunu bildirib.
Komitə bəyan edib ki, istintaq idarəsinin əməkdaşlarının Rusiya Daxili İşlər Nazirliyinin regional əməliyyat bölmələri ilə birgə birgə keçirdiyi əməliyyat nəticəsində bu cinayəti törətməkdə əli olan iki nəfərin kimliyini müəyyən etmək mümkün olub.
Həmçinin bildiriblər ki, cəsədlər şəxsi yaşayış binasında güllə yaraları ilə aşkar edilib. Şübhəlilər saxlanılaraq istintaq şöbəsinə aparılıb.
“Onlarla hadisənin bütün hallarının müəyyən edilməsi, habelə sübut bazasının möhkəmləndirilməsi istiqamətində istintaq və prosessual hərəkətlər aparılır”- İstintaq Komitəsi əlavə edib.
Cinayətin təfərrüatları
Xatırladaq ki, oktyabrın 29-da Volnovaxada 9 nəfərdən ibarət bir ailənin öldürüldüyü məlum olub. Cinayət yerinə motosikletlə gələn bir qrup cinayətkarda səsboğucu silah olub. Ailə hamısı yatarkən güllələnib.
Sonradan dərc edilən fotoşəkillərdə çarpayıda yatan insanların cəsədləri göstərilir.
Oktyabrın 30-da Donetsk Vilayət Prokurorluğunun mətbuat xidməti bildirib ki, ölənlər arasında 2014 və 2018-ci il təvəllüdlü iki azyaşlı da daxil olmaqla, 3 qadın, 2 uşaq da var.
Aysel
Sfera.az