Yaponiyada bir nəfər xəstəxanaya atəş açaraq, insanları girov götürüb
Yaponiyanın Toda şəhərində naməlum kişi xəstəxanaya atəş açaraq insanları girov götürüb. Daha sonra atəş açan şəxs Varabi şəhərində poçt şöbəsində gizlənib
Polis atəş açan şəxsin gizləndiyi poçt şöbəsini mühasirəyə alıb.
Sfera.az xəbər verir ki, naməlum şəxs xəstəxananı vurduqdan sonra poçt şöbəsinə daxil olaraq, iki qadın işçini girov götürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, onun yanında “tapancaya bənzər bir şey” var.
Polis girovun baş verdiyi ərazini mühasirəyə alıb. Ətrafdakı evlərin 300 sakinini təhlükəsiz yerə təxliyyə etmək təklif edilir. Polis həmçinin təcavüzkarın gizləndiyi üç mərtəbəli binadan qaçmaq barədə xəbərdarlıq edir.
Cinayətkar poçt şöbəsində peyda olandan iki saat sonra danışıqlar aparmaq üçün xüsusi təyinatlılar hadisə yerinə gəliblər. Otaqda 10 nəfərə qədər adam və hücum edən şəxsin üzərində zəhərli qaz olduğu bildirilir.
Mətbuat hücum edən şəxsin motosikletlə pediatriya, plastik cərrahiyyə və dermatologiya fakültəsinin binasına yaxınlaşdığını yazıb. Bir az sonra o, içəri girmədən tapançadan atəş açıb və hadisə yerindən qaçıb. İlkin məlumata görə, iki nəfər yaralanıb: 40 yaşlı həkim və 60 yaşlı xəstə. Onların vəziyyətinin nə dərəcədə ağır olduğu hələlik məlum deyil.
Hadisə yerindən çəkilmiş fotolarda beysbol papağı və ağ köynək geyinmiş kişi görünür. Təxmini boyu 165 sm-dir, silah boynuna iplə bağlanıb.
Qeyd edək ki, hücum edənin həbsi ilə bağlı hələlik məlumat yoxdur. Yerli hakimiyyət orqanları polisin xüsusi əməliyyatı davam edərkən Toda şəhərində məktəblilərə təhsil müəssisələrindən kənara çıxmamağı tövsiyə edib.
Girovların götürüldüyü yer Tokionun mərkəzindən 40 km aralıda yerləşir. Hücumçunun baş çəkdiyi iki nöqtə arasındakı məsafə təxminən 1 km-dir.
Aysel
Sfera.az