Ukrayna Rusiyaya qarşı qatil dron ordusu yaradacaq - FOTOLAR

Ukrayna Rusiyaya qarşı qatil dron ordusu yaradacaq - FOTOLAR

Ukraynanın ən gənc naziri qatil dronlar ordusu qurur. Bu ordudan Rusiyanın hücumunun qarşısının alınmasında, arxa cəbhədə effektiv döyüşlər aparılmasında istifadə olunacaq. 


Sfera.az xəbər verir ki, Ukrayna qatil dronların hazırlanması üçün ingilis mühəndisi Barnes Uollisi də cəlb edib. Bununla yanaşı Ukrayna hökuməti yeni texnologiyaların cəlb edilməsi və innovasiyaların dəstəklənməsi üçün qanunvericilik sistemində köklü dəyişikliklər aparıb. 


Yeni model müharibə vasitələrinin hazırlanmasında Ukraynanın 32 yaşlı rəqəmsal transformasiya naziri böyük aktivlik göstərir. Nazir Mixail Federov inanır ki, yeni texnologiyalar müharibədə insan itkisinin sayını azaldacaq və döyüş əməliyyatlarını daha effektli edəcək. 


Federov “The Telegraph”a açıqlamasında bu haqda danışıb:

 

“Bizim çox insanımız yoxdur və biz hər bir əsgərin həyatını qiymətləndiririk. Ukrayna əsgərlərinin üzləşdiyi riskli vəziyyətlərin sayını azaltmaq üçün “Robotlar Ordusu”u yaradılmalıdır. Döyüş meydanında insanları qarşılıqlı əlaqə tələb etməyən süni intellektə sahib olan, nişan alma sistemləri olan avtomatlaşdırılmış pulemyotlar əvəz etməlidir. Biz düşmənin atəş gücünü mümkün qədər çox zəiflədə bilən robotlar istəyirik ki, çevik olaq və əsgərlərimizin həyatını itirməsinin qarşısını ala bilək”. 


Nazirin sözlərindən aydın olur ki, ölkəsi daha çox xəyalpərəst ideyaları reallaşdırmaq istəyir. Ukrayna silahları hərəkət etdirə, döyüş sursatı çatdıra və yaralı əsgərləri cəbhə xəttindən çıxara bilən avtonəqliyyat vasitələrinin donanmasını yaratmaq istəyir. 


Nazir bildirib ki, süni intellektə əsaslanan yeni nəsil hava hücumundan müdafiə sensorları hazırlayıblar:

 

“Həmin sensorların sınaqları uğurlu alınıb. Yeni sensorlar Rusiya raketlərini və pilotsuz təyyarələrini müəyyən etməyə kömək edəcək. Bu vasitələr səmamızda baş verənləri daha yaxşı müşahidə etmək, aşkarlamaq üçün faydalıdır. Qeyd etdiyim yeni texnologiya olduqca böyük inqilabi dəyişiklikdir". 

 

 


Vasif


 


OXŞAR XƏBƏRLƏR

İsraillə müharibə zamanı İranda ölənlərin sayı açıqlanıb

İsraillə 12 günlük müharibə nəticəsində İranda həlak olanların sayı 1062 nəfərə çatıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran hök...

Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22 iyul ölkəmizdə Milli Mətbuat Günü - mətbuat və media nümayəndələrinin peşə bayramı kimi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu münasibətl...

Burak Özçivit “Kuruluş Osman”dan ayrıldı

Məşhur türkiyəli aktyor Burak Özçivit 6 ildir baş rolunu oynadığı “Kuruluş Osman” serialından ayrılıb.   Sfera.az xəbər verir ki, bununla...

Vardanyanın məhkəməsi – Zərərçəkənlər danışır, o isə susur

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat ha...

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Tiflisdə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Xarici İşlər Nazirliyinə gedib.   Sfera.az xəbər verir ki, Ceyhun Bayramov...

Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu təşkil olunub

Qırmızı Ürəklər Fondunun və "Kapital Bank"ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı&rdquo...