Rusiya növbəti dəfə nüvə silahı ilə hədələdi – “Qərbə də elə bu lazımdır”

Rusiya növbəti dəfə nüvə silahı ilə hədələdi – “Qərbə də elə bu lazımdır”

Rusiyanın müdafiə naziri Sergey Şoyqu 10-cu Syanşan Təhlükəsizlik Forumunda çıxışı zamanı nüvə müharibəsi ehtimalının artdığını deyib:

 

“Qərbin müntəzəm şəkildə Rusiya ilə münasibətləri gərginləşdirmək səyləri nüvə gücləri arasında hərbi toqquşma təhlükəsi daşıyır və fəlakətli nəticələr vəd edir”.

 

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də lazım olacağı təqdirdə nüvə silahından istifadə ediləcəyini bildiriblər.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, nüvə müharibəsi ehtimalı hər ötən gün artır və bunun əsas səbəbi Rusiyanın imkanlarının getdikcə tükənməsidir:

 

“Qərb Rusiyanı tədricən “dalana dirəyir”. Ukraynadakı müharibənin yaxın vaxtda başa çatacağı ağlabatan görünmür. Bu isə o deməkdir ki, Rusiyanın başı hələ çox ağrıyacaq. Davam edən müharibəyə təkcə hərbi konteksdən yanaşmaq doğru olmaz. Məsələ ondan ibarətdir ki, Rusiya iqtisadi sanksiyalar altında getdikcə sıxılır. Üstəgəl, Rusiya sivil dünyadan təcrid olunur, müttəfiqləri ilə münasibəti pisləşir. Daxildə hakimiyyət əleyhinə narazılıq da artır. Bu, sözsüz ki, 2024-cü ildə Rusiyada keçirilməsi nəzərdə tutulan prezident seçkilərində Putinin şanslarını xeyli azaldır”.

 

Ekspert bildirib ki, savaş başa çatana qədər Rusiya ən azı taktiki nüvə silahından istifadə edəcək: “Qərbə lazım olan da elə budur. Bundan sonra bir mübaliğə ilə desək, yer yerindən oynaya bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Burak Özçivit “Kuruluş Osman”dan ayrıldı

Məşhur türkiyəli aktyor Burak Özçivit 6 ildir baş rolunu oynadığı “Kuruluş Osman” serialından ayrılıb.   Sfera.az xəbər verir ki, bununla...

Vardanyanın məhkəməsi – Zərərçəkənlər danışır, o isə susur

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat ha...

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Tiflisdə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Xarici İşlər Nazirliyinə gedib.   Sfera.az xəbər verir ki, Ceyhun Bayramov...

Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu təşkil olunub

Qırmızı Ürəklər Fondunun və "Kapital Bank"ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı&rdquo...

FAKTİKİ HAVA: Bəzi yerlərdə 41 dərəcə isti var

Azərbaycanda iyulun 22-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin axşam saatlarında bəzi dağlıq ərazilər...

Marşrut avtobusu işıq dirəyinə çırpıldı: yaralılar var – VİDEO

Sumqayıt şəhərində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az “Report”a istinadən...