Gözəlliyi ilə bütün dünyanın gözlərini qamaşdıran “Qara Barbie”

Gözəlliyi ilə bütün dünyanın gözlərini qamaşdıran “Qara Barbie”

Bir zamanlar İnstaqram və moda dünyasında gözəlliyi ilə partlayış edən, özünəməxsus üslubu olan qaradərili model var idi.
 

Sfera.az bildirir ki, Duckie Thot (Daki Tot) "Qara Barbie" adlandırılan model olub. Onun milyonlarla pərəstişkarı, şəkillərində minlərlə bəyənməsi var idi və ən məşhur brendlər onunla işləmək üçün can atırdılar.
 

Ancaq bu həmişə belə olmayıb. İnanmaq çətin olsa da, keçmişdə zorakılığa məruz qalan model karyerasına bir müddət ara verməli olub.

Cənubi Sudanda anadan olan Daki Tot uşaqlıqdan model olmaq arzusunda olub. Onun bu istiqamətdə atdığı ilk addım Avstraliyanın “Next Top Model” yarışmasında iştirak etmək olub.

Daki müsabiqəyə girəndə cəmi 17 yaşında idi. Onunla adi saçlara belə düzgün forma verə bilməyən bir stilist işləyib, buna görə də çox tənqid edilib.

Verilişin pərəstişkarları da əvvəlcə onu o qədər də bəyənmirdilər. Dakinin qeyri-təbii olduğunu və bənzərsiz görünüşünün fotoşop və ya plastik əməliyyatın nəticəsi olduğunu düşünürdülər.
 

Moda sənayesindəki iş yoldaşları da onun haqqında pis fikirdə idilər və Dakiyə çoxlu ləqəblər qoydular. Bu ləqəblər isə həqiqətən təhqiramiz idi.

Daha sonra “Teen Vogue”a ətraflı müsahibə verən Daki, 17 yaşlı bir qız olaraq bunun çox sarsıdıcı olduğunu və buna layiq olmadığını bildirdi.

O qədər sarsılmışdı ki, yenidən moda dünyasına qayıtmaq üçün özündə yenidən güc tapması 2 il çəkmişdi.

Daki deyir ki, ürəyinin səsini dinləməyə başlayanda hər şey normala qayıdır.

Hazırda o, moda dünyasında müxtəlifliyin tərəfdarı kimi görünür.

O hesab edir ki, gözəllik çoxlu üzlərə malik ola bilər və olmalıdır.

Öz təcrübəsinə əsaslanaraq, Daki insanların daim nə etməli və necə görünməli olduğunuza dair fikir bildirəcəklərini deyir.

Amma bu insanların sözləri sizin kim olduğunuzu müəyyən etməməlidir.
 

Xəyallar yalnız özümüzü dinlədikdə və dünyaya kim olduğumuzu göstərməkdən qorxmadıqda gerçəkləşir.

Sonda “Qara Barbie”nin bəzi fotolarını təqdim edirik. Fotoşop olduğunu düşünənlər özlərinə görə haqlı idilər. Bu gözəlliyin tayı-bərabəri bəlkə də yoxdur:

 

Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Burak Özçivit “Kuruluş Osman”dan ayrıldı

Məşhur türkiyəli aktyor Burak Özçivit 6 ildir baş rolunu oynadığı “Kuruluş Osman” serialından ayrılıb.   Sfera.az xəbər verir ki, bununla...

Vardanyanın məhkəməsi – Zərərçəkənlər danışır, o isə susur

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat ha...

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Tiflisdə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Xarici İşlər Nazirliyinə gedib.   Sfera.az xəbər verir ki, Ceyhun Bayramov...

Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu təşkil olunub

Qırmızı Ürəklər Fondunun və "Kapital Bank"ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı&rdquo...

FAKTİKİ HAVA: Bəzi yerlərdə 41 dərəcə isti var

Azərbaycanda iyulun 22-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin axşam saatlarında bəzi dağlıq ərazilər...

Marşrut avtobusu işıq dirəyinə çırpıldı: yaralılar var – VİDEO

Sumqayıt şəhərində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az “Report”a istinadən...