Yakutiyada helikopter qəzaya uğradı - FOTO

Yakutiyada helikopter qəzaya uğradı - FOTO
Kateqoriya məlum deyil
T

Rusiyanın Saxa Respublikasında (Yakutiya) Mi-2 helikopteri sərt eniş edib, nəticədə iki nəfər xəsarət alıb.
 

Sfera.az bildirir ki, bu barədə Rusiya Təcili Tibbi Yardım Xidmətinin mətbuat xidməti məlumat yayıb.


Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə 5 nəfər olub. Onlardan ikisi yaralanıb. Hadisə yerinə xilasedici helikopter göndərilib.
Xilasedicilərin bildirdiyinə görə, helikopter Cərcan yerindən havaya qalxıb, uçuş zamanı hündürlüyü itirməyə başlayıb və o sərt eniş edib. Helikopterin göyərtəsində beş nəfər olub, onlardan ikisi yaralanıb.
 

Bildirilir ki, əraziyə yardım göstərmək üçün regional axtarış-xilasetmə bazasının xilasediciləri və həkimlərlə birlikdə Mi-8 reysi planlaşdırılır.
Hadisənin səbəbləri barədə məlumat verilmir.
 

Qəzaya uğrayan Mi-2 helikopteri

NATO tərəfindən Hoplit kimi də tanınan Mi-2, 1960-cı illərin əvvəllərində M. L. Mil tərəfindən yaradılmış sovet kommunal helikopteridir. 1965-ci ildə Polşada bu modelin kütləvi istehsalına başlanıb. Bu helikopter həm mülki, həm də hərbi məqsədlər üçün geniş istifadə olunur. 1992-ci ildə istehsalı başa çatana qədər artıq bu modelin 5400-dən çox ədədi istifadəyə verilmişdi.


Xatırladaq ki, sentyabrın 10-da Rusiyanın Voloqda şəhəri yaxınlığında şəxsi Robinsson helikopterinin qəzaya uğraması xəbəri yayılıb. Təyyarədə üç nəfər olub, iki nəfər xilas edilib, digərinin isə axtarışları davam etdirilir.

Avqustun 29-da isə Çelyabinsk vilayətində Federal Qüvvəıərə məxsus Mi-8 helikopterinin qəzaya uğradığı məlum olub. Hər üç ekipaj üzvü həlak olub.

 

Aysel

Sfera.az
 

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR