Rusların təxribat qrupu Gürcüstana daxil oldu – Saakaşvili

Rusların təxribat qrupu Gürcüstana daxil oldu – Saakaşvili

Ruslardan ibarət diversiya qrupu Gürcüstan ərazisinə daxil olub.
 

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili məhkəmə prosesində videokonfrans zamanı bildirib.
 

Onun sözlərinə görə, rus diversantlarının niyyəti məlumdur. O, ruslara qarşı diqqətli olmağa çağırıb. Saakaşvili qeyd edib ki, mülki müdafiə qaynar xətti yaratmaq lazımdır, hər kəs zəng edib ölkədə anti-gürcü təzahürləri barədə məlumat verə bilər.
 

Saakaşvilinin məlumatına görə, təxribat qrupu iğtişaşlar və sabitliyin pozulması şəraitində hakimiyyəti ələ keçirmək tapşırığı ilə gəlib.
 

Mixail Saakaşvili əlavə edib ki, qruplaşmaya Rusiya Ordusunun 1-ci Baş İdarəsi rəhbərlik edir. Onun fikrincə, bu vəziyyətdə Gürcüstanın tərəfdaşları, vətəndaş cəmiyyəti və xalq ilə koordinasiya lazımdır.
 

Qeyd edək ki, 2021-ci ilin payızında Mixail Saakaşvili ölkəsinin siyasi həyatında iştirak etmək üçün vətənə qayıtmaq qərarına gəlib. Lakin o, həbs edilib və maliyyə məsələləri ilə bağlı bir sıra sui-istifadələrdə ittiham olunub.
 

Bu il iyulun 3-də prezident Vladimir Zelenski Gürcüstan hakimiyyətinin hərəkətlərinə etiraz edib. Siyasətçi bildirib ki, Saakaşvili Kremlin göstərişi ilə öldürülür.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Sabah maqnit qasırğası gözlənilir

Günəşdəki koronal dəliklərlə əlaqədar iyulun 23 və 24 tarixlərində Yerdə zəif maqnit qasırğası gözlənilir.   Sfera.az Trend-ə istinadən xəbər verir k...

Hacıqabulda TIR aşdı, taxıl yola dağıldı - VİDEO

Hacıqabulda iri yük avtomobili aşıb.   Sfera.az lent.az-a istinadla xəbər verir ki, hadisə "Qədir-Xum" restoranının qarşısında qeydə alınıb...

İsraillə müharibə zamanı İranda ölənlərin sayı açıqlanıb

İsraillə 12 günlük müharibə nəticəsində İranda həlak olanların sayı 1062 nəfərə çatıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran hök...

Azərbaycanda bu avtomobillər 12 min manat UCUZLAŞIB

2025-ci ilin ilk yarısında Azərbaycana gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.   Sfera.az xəbər verir ki...

Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22 iyul ölkəmizdə Milli Mətbuat Günü - mətbuat və media nümayəndələrinin peşə bayramı kimi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu münasibətl...

Burak Özçivit “Kuruluş Osman”dan ayrıldı

Məşhur türkiyəli aktyor Burak Özçivit 6 ildir baş rolunu oynadığı “Kuruluş Osman” serialından ayrılıb.   Sfera.az xəbər verir ki, bununla...