HƏMAS-ın qaçırdığı Şani Lukun öldürüldüyü rəsmən təsdiqləndi

HƏMAS-ın qaçırdığı Şani Lukun öldürüldüyü rəsmən təsdiqləndi
Kateqoriya məlum deyil
T

İsrail Xarici İşlər Nazirliyi HƏMAS hərəkatının tərəfdarları tərəfindən İsraildə oğurlanan tələbə Şani Lukun ölümünü rəsmən təsdiqləyib.

 

Sfera.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki məlumatında deyilir.

 

Almaniya və İsrail vətəndaşlığı olan 23 yaşlı Şani Lukun cəsədi aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

 

Məlumata görə, Şani bir musiqi festivalından qaçırılıb və işgəncələrə məruz qalıb.

 

Xatırladaq ki, 22 yaşlı alman tələbə və model Şani Luk oktyabrın 7-də İsraildə festival zamanı HƏMAS tərəfindən işgəncələrə məruz qalaraq girov götürülmüşdü.

 

Qeyd edək ki, Lukun anası Almaniyanın RTL və NTV telekanallarına müsahibəsində qızının ölümünü açıqlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR