Baydendən İsraillə bağlı AÇIQLAMA: “Yardımlar dərhal artırılmalıdır”

Baydendən İsraillə bağlı AÇIQLAMA: “Yardımlar dərhal artırılmalıdır”

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

 

Sfera.az bildirir ki, Ağ Ev sözügedən danışıqla bağlı yazılı açıqlama verib.

 

“Liderlər Qəzzada baş verənləri dəyərləndirib. Prezident bir daha qeyd edib ki, İsrail öz vətəndaşlarını terrordan qorumaq üçün hər cür hüquq və məsuliyyət daşıyır. O, bunu mülki şəxslərin müdafiəsini prioritet hesab edən beynəlxalq humanitar hüquqa uyğun şəkildə etməlidir”, deyə mətndə qeyd olunub.

 

Bəyanatda Bayden və Netanyahunun Qəzza zolağında saxlanılan amerikalı girovları da müzakirə etdiyi bildirilib. “Prezident Qəzzada mülki əhalinin ehtiyaclarını ödəmək üçün humanitar yardımın dərhal və əhəmiyyətli dərəcədə artırılmasının vacibliyini vurğulayıb. Ölkə başçıları həm birbaşa, həm də müvafiq milli təhlükəsizlik qrupları vasitəsilə müntəzəm məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22 iyul ölkəmizdə Milli Mətbuat Günü - mətbuat və media nümayəndələrinin peşə bayramı kimi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu münasibətl...

Burak Özçivit “Kuruluş Osman”dan ayrıldı

Məşhur türkiyəli aktyor Burak Özçivit 6 ildir baş rolunu oynadığı “Kuruluş Osman” serialından ayrılıb.   Sfera.az xəbər verir ki, bununla...

Vardanyanın məhkəməsi – Zərərçəkənlər danışır, o isə susur

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat ha...

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Tiflisdə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Xarici İşlər Nazirliyinə gedib.   Sfera.az xəbər verir ki, Ceyhun Bayramov...

Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu təşkil olunub

Qırmızı Ürəklər Fondunun və "Kapital Bank"ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı&rdquo...

FAKTİKİ HAVA: Bəzi yerlərdə 41 dərəcə isti var

Azərbaycanda iyulun 22-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin axşam saatlarında bəzi dağlıq ərazilər...