HƏMAS-la bağlı fikirlər haçalanır - Böyük ölkələr hansı addımlar atacaq?

HƏMAS-la bağlı fikirlər haçalanır - Böyük ölkələr hansı addımlar atacaq?

“Dünya “Həmas” qruplaşmasına münasibətdə ikiyə ayrılıb. Bir qrup ölkə “Həmas”ı terrorçu qruplaşma kimi dəyərləndirir, digərləri isə bu təşkilatı Fələstin uğrunda mübarizə aparan savaşçı kimi görür”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, “Həmas” qruplaşmasının təmsilçiləri Ankara, Moskva və Pekində görüşlər keçirir, Qətərdən və İrandan maliyyə əldə edirlər:

 

““Həmas” təmsilçiləri ilə dialoq siyasəti yalnız Rusiyaya aid deyil. “Həmas” qruplaşmasının nümyəndələri tez-tez Türkiyəyə səfər edir, diplomatlarla müzakirələr aparırlar. Təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Həmas” üzvlərini “mücahidlər” adlandırıb. Bundan sonra İsrailin Türkiyə səfirliyindəki diplomatları ölkələrinə geri çağırılıblar. Pekinin də “Həmas” qruplaşması ilə təmasları mövcuddur. Son hadisələrə qədər Pekin İsraillə Fələstin arasında vasitəçi olmaq istəyirdi. Lakin hazırkı şərtlər altında İsrailin Çinin vasitəçiliyinə razılaşması çətindir”.

 

Ekspert bildirib ki,  Pekinin nə İrana, nə də “Həmas” qruplaşmasına təsir etmək fikri var:

 

“Əksinə, Pekin də Moskva kimi ABŞ-nin Yaxın Şərqdə problemlərinin artmasında maraqlıdır. Bu ölkə üçün önəmli olan şey  sözügedən hadisələr fonunda Vaşinqtonun zəifləməsidir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı oldu

Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.   Sfera.az xəbər verir ki, tədbirdə Bin...