Hakan Fidandan HƏMAS-la bağlı AÇIQLAMA
Kateqoriya məlum deyil
T
“HƏMAS terror təşkilatı deyil”.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlaması zamanı bildirib.
“Terror təşkilatı kimi tanıdığımız YPG və FETÖ-nü başqa ölkələr terror təşkilatı kimi tanımır. Dövlət sistemində siyasi partiya olan və Fələstin dövlətinin bir hissəsi olan HƏMAS-ı terror təşkilatı kimi tanımadığımızı da bildirdik, lakin bu, insanların və mülki şəxslərin öldürülməsini qəbul etdiyimiz anlamına gəlmir. Biz əvvəldən bunu qınadığımızı dedik”, - deyə Fidan vurğulayıb.






