Rusiya və İran rəsmiləri Cənubi Qafqazı müzakirə etdi

Rusiya və İran rəsmiləri Cənubi Qafqazı müzakirə etdi
Kateqoriya məlum deyil
T

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin iranlı həmkarı Əli Bagiri ilə görüş zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

 

“Cənubi Qafqazdakı vəziyyət əsaslı şəkildə müzakirə olunub. Tehranda keçirilmiş "3+3” platforması üzrə nazirlər görüşünün nəticələri nəzərə alınmaqla, regionda vəziyyətin sabitləşdirilməsi üçün çoxtərəfli sazişlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb”, - deyə bildirilib.

 

Tərəflər həmçinin Mərkəzi Asiya ilə bağlı aktual məsələlər və Ukrayna münaqişəsi ətrafında fikir mübadiləsi aparıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR