İsrail Müdafiə Qüvvələrinin əlində neçə fələstinli əsir var? - Açıqlandı

İsrail Müdafiə Qüvvələrinin əlində neçə fələstinli əsir var? - Açıqlandı

Müharibə başlayandan bəri İsrail Müdafiə Qüvvələri (IDF) minə yaxın fələstinlini həbs edib.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu rəqəm İsrail ordusunun nümayəndələri tərəfindən açıqlanıb .

 

Qeyd olunur ki, oktyabrın 7-dən İsrail təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fələstinlilərin sayı minə çatıb ki, onlardan təxminən 660-ı HƏMAS qruplaşmasına bağl şəxslərdir.

 

Daha əvvəl bildirilmişdi ki, İordan çayının qərb sahilində gecə reydləri zamanı İsrail hərbçiləri HƏMAS-ın 58 üzvünü həbs edib. Bundan əlavə, oktyabrın 19-da  Həmas hərəkatının liderlərindən olan Həsən Yusifi həbs edilib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR