Çinin Xarici İşlər naziri Blinkenlə görüşəcək – Masada nələr var?

Çinin Xarici İşlər naziri Blinkenlə görüşəcək – Masada nələr var?

Oktyabrın 26-28-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və Çinin xarici işlər naziri Vanq Yi arasında danışıqlar keçiriləcək.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Vanq Yinin ABŞ lideri Co Baydenlə görüşüb-görüşməyəcəyi bəlli deyil:

 

“Amma müzakirələr masasında İsrail-HƏMAS müharibəsi ilə yanaşı, Ukrayna mövzusunun da olacağı bildirilir. Ötən günlərdə israilli həmkarı Eli Cohen və fələstinli həmkarı Riyad Maliki ilə telefon danışığı aparan Vanq Yi mövcud vəziyyəti “müharibə və sülh arasında böyük seçim” kimi qiymətləndirib. Hazırda Çin davam edən müharibədə vasitəçilik səyləri göstərir. Maraqlıdır ki, Çin rəsmisinin ABŞ-yə səfəri və ümumiyyətlə vasitəçilik prosesinə qoşulması  İsrailin quru əməliyyatının keçirilməsi ilə bağlı tərəddüdünün gücləndiyi bir vaxta təsadüf edir”.

 

Ekspert bildirib ki,  boş yerə vaxt və enerji sərf etməyi qəbul etməyən Çin böyük ehtimalla atəşkəsin mümkün olması barədə real dəlillərə malikdir:

 

“Çin İsrailin quru əməliyyatından imtina etməsi üçün diplomatik ağırlığını ortaya qoyacaq, şübhəsiz, buna nail olacaq. Deməli, İsrail getdikcə quru əməliyyatı keçirməkdən uzaqlaşdırılır. Quru əməliyyatı keçirmədiyi halda onun üzləşəcəyi təhlükələrdən xilas olması məsələsi isə sual altındadır. Çinin bu missiyasını üzərinə götürüb götürməyəcəyi bəlli deyil”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...